Bu planetdə bir il 18 saatdır

Maraqlı 23 Fevral 2020 | 09:00
OXUNUB: 1176

Alim-astronomlar bir ilin 18 saat olduğu ekzoplanet aşkarlayıblar. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Uorik Universiteti məlumat yayıb. Astronomlar ölçüsü Yupiter qədər olan və öz ulduzu ətrafında 18 saata dövriyyə vuran ekzoplanet kəşf ediblər. Planetə “NGTS-10b” adı verilib.

“NGTS-10b” Yer kürəsindən təxminən min işıq ili məsafəsində yerləşir. O, yalnız ölçüsü ilə deyil, həm də qaz tərkibinə görə Yupiterə oxşayır. Lakin Yupiterdən fərqli olaraq, bu ekzoplanet öz ana ulduzuna əhəmiyyətli dərəcədə daha yaxın məsafədə yerləşir. Elə bu səbəbdən də iki planet arasında ilin uzunluğunda bu qədər fərq var: 12 il 18 saata qarşı.

“NGTS-10b”nin ulduza bu qədər yaxın olmasına görə orada temperatur min dərəcəyə çatır və planet günəşin güclü təsirindən məhvolma riski altındadır.

Tədqiqatda həmin ekzoplanetdə rubin və sapfir kimi qiymətli daşlardan ibarət “yağışlar”ın da olduğu bildirilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man