Rusiyanın Tver şəhərində 1 nəfərin ölümü ilə nəticələnə yol-nəqliyyat hadisəsinin görüntüləri sosial şəbəkədə yayımlanıb. Avtosfer.az xəbər verir ki, insident fevralın 20-də səhər saatlarında Zavoljsk rayonunun İkinci Krasin küçəsində qeydə alınıb.
Kadrlarda, hərəkətə olan “Chevrolet Lacetti” markalı avtomobilin çuxura düşdüyü, sonra da idarəetmədən çıxaraq yolu əks zolağına qəfil manevr etdiyi və qaşıdan gələn “Opel” markalı minik maşını ilə toqquşduğu görülür.
Zərbənin təsirindən hər iki nəqliyyat vasitəsinin önü deformasiyaya uğrayıb.
Bildirilir ki, nəticədə “Chevrolet”in sürücüsü hadisə yerində dünyasını dəyişib.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man