Naxçıvanın yeni uçuş-enmə zolağı ilk təyyarəni qəbul etdi

Yeniliklər 19 Fevral 2020 | 19:00
OXUNUB: 1026

Fevralın 19-da test-sınaq məqsədilə Naxçıvan Beynəlxalq Hava Limanı üçün inşa olunan yeni uçuş-enmə zolağına ilk hava gəmisi enib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, yeni zolaq hava limanının tam fasiləsiz fəaliyyət göstərməsinə, ən əsası isə istənilən geniştutumlu hava gəmilərinin qəbuluna imkan verəcək. Uçuş-enmə zolağının uzunluğu 3300, eni isə 60 metrdir. Ümumi sahəsi 250 kvadratmetr olan zolaqda tikinti işləri iqlim şəraiti və beynəlxalq tələblər nəzərə alınmaqla aparılıb, keyfiyyətli tikinti materiallarından istifadə olunub. Zolağın naviqasiya və işıqlandırma sistemləri də tam müasir tələblər səviyyəsindədir. Gecə uçuşlarının həyata keçirilməsi üçün uçuş zolağı hər iki istiqamətdə işıq-siqnal avadanlıqları ilə təmin edilib. Ərazidə peyk siqnallarını tənzimləyən yerüstü naviqasiya sistemləri, çətin hava şəraitində təyyarələrin təhlükəsiz qəbulu və uçuşu üçün avtomatlaşdırılmış metroloji radiolokator quraşdırılıb, radiorabitə vasitələri yenilənib. Bu, yerli və beynəlxalq dəhlizlər üzrə hava şəraiti haqqında məlumatların operativ və dəqiq ötürülməsinə imkan verəcək. Uçuş-enmə zolağında enişə yaxınlaşma sistemlərinin quraşdırılması hesabına dumanlı hava şəraitində qərarın qəbul edilməsi hündürlüyü 30 metrdən 400 metrədək artıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man