Bu gün Humanitar Fənlər Təmayüllü məktəb liseydə orta məktəb şagirdləri arasında yol hərəkəti qaydaları, təhlükəsizlik mövzusunda bilik yarışı keçirilib. Avtosfer.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Rəşid Piriyevin təşəbbüsü, Dövlət Yol Polisi İdarəsinin dəstəyi ilə keçirilən yarışda 4 komanda mübarizə aparıb. Şagirdlərə təqdim olunan müxtəlif suallara cavab verilib, əyləncəli oyunlar təşkil olunub. Bununla da şagirdlərin yol hərəkəti qaydaları haqqında bilikləri yoxlanıb. Bakı şəhər Dövlət yol polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, bu cür yarışların keçirilməsində əsas məqsəd uşaqlarda yol hərəkəti qaydaları haqqında biliklərin möhkəmləndirilməsi, gələcəkdə onların cəmiyyətdə fəaliyyətini düzgün qurmasına hesablanıb."Düşünürəm ki, biz maarifləndirmə işlərini məktəblərdə aparmaqla gələcəyin təhlükəsizliyi dərk edən vətəndaşını yetişdirə bilərik. Eyni zamanda bu tədbirlər stimul verməklə yanaşı, uşaqlarda bu sahəyə marağı artırır. Ümid edirəm ki, analoji tədbirlər öz nəticəsini verəcək."
Qeyd edək ki, yarışda qalib gələn komandalara yol polisi tərəfindən diplomlar və qiymətli hədiyyələr təqdim olunub.
Orxan Əli
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man