Lənkəranda avtomobil velosipedçini vurdu

Yol qəzaları 19 Fevral 2020 | 11:20
OXUNUB: 608

Lənkəranda velosipedçinin ağır xəsarət almasına səbəb olan yol qəzası baş verib. 

Avtosfer.az “Report”un Cənub Mərkəzinə istidən xəbər verir ki, hadisə ötən gecə Lənkəran şəhərinin Nizami küçəsində qeydə alınıb. 

Belə ki, 99 BB 523 dövlət qeydiyyat nişanlı “Jip” modelli avtomobil yolun kənarı ilə hərəkət edən velosipedçini vurub. Su ötürücü kanalizasiyaya yıxılan yaralı oradan çıxarılaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxsin kimliyi müəyyən edilib.

Məlum olub ki, o, 1972-ci il təvəllüdlü Lənkəran şəhəri Vaqif Məmmədov küçəsi ev 8-də yaşayan Rahim Balamirzə oğlu Məmmədovdur. Travmatik şok keçirən R.Məmmədova qamış sümüyünün açıq sınığı diaqnozu qoyulub. Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağırdır.  

Faktla bağlı araşdırma aparılır.

Gültən

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man