Avstraliyada iki yüngül mühərrikli təyyarənin iştirakı ilə qəza baş verib. Avtosfer.az xəbər verir ki, insident Viktoriya ştatının Manqalora şəhəri yaxınlığında qeydə alınıb. Bu barədə fevralın 19-da “9News” telekanalı məlumat verib.
Telekanalın məlumatına görə, təlim uçuşu keçirən təyyarələr havada toqquşublar. Qəzadan sonra hadisə yerinə polis, xilasetmə və səhiyyə briqadaları cəlb olunub.
Ştat polisinin bildirdiyinə görə, qəza zamanı hər bir təyyarədə 2 nəfər olub. Onların hamısı həlak olublar.
Hadisə yerində, Mülki aviasiya idarəsi, Təhlükəsizlik uçuşu (CASA) və Avstraliya Nəqliyyat Təhlükəsizliyi Bürosu araşdırmalara başlayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man