“Sədərək” Ticarət Mərkəzi yanır - Video + Yenilənir

Nəqliyyat xəbərləri 18 Fevral 2020 | 10:25
OXUNUB: 1065

“Sədərək” Ticarət Mərkəzi yanır. Yanğın səhər saatlarından başlayıb, hələ də davam edir. Yanğının böyük bir ərazini əhatə etdiyi bildirilir. Əraziyə Fövqəladə Hallar Nazirliyinin bir neçə yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.

***

Hadisə şahidləri yanğın görüntülərini "Qafqazinfo"ya göndərib. Videolardan görünür ki, yanğın da güclənir.

***

Fövqəladə Hallar Nazirliyi də yanğınla bağlı məlumat yayıb. Bildirilir ki, "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzində yanğın olması barədə məlumat daxil olub. Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

***

Yanğın 8-ci sırada baş verib. Həmin sırada paltar və pərdə satılırmış.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man