Hacıqabulda xəsarətlə nəticələnən yol qəzası baş verib. “Report” xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Qazax magistral yolunun rayonun Padar kəndindən keçən hissəsində yerləşən körpüdə qeydə alınıb. Sabirabad rayonunun Kovlar kənd sakini, 1998-ci il təvəllüdlü Burzuyev Əli Əlibəndə oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxaraq körpünün dəmir-beton dirəyinə çırpılıb. Qəza nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ə.Burzuyev Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man