Cənubi Koreyada baş verən iki böyük yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, daha 43-ü isə xəsarət alıb. Avtosfer.az xəbər verir ki, bu barədə “YonhapNews” agentliyi məlumat verib.
Məlumata görə, birinci qəza bu gün səhər saatlarında Çolla-Pukto əyalətinin Sunçhon şəhərində qeydə alınıb. Burada kimyəvi maddə daşıyan yük maşını şose üzərində yerləşən tuneldə naməlum səbəblərdən aşıb. Bundan sonra da təxminən 30-a yaxın avtomobil bir-birinə çırpılıb. Ardınca da yük maşınında olan yük ətrafa dağılaraq yanıb.
Polis, qəzanın yolun qarlı və buzlu olması səbəbindən baş verdiyini ehtimal edir.
Bildirilir ki, ikinci qəza da birinci ilə eyni vaxtda tunelin bir neçə 100 metrliyində baş verib.
Polis hadisə səbəbi ilə tuneli nəqliyyatın hərəkəti üçün iki tərəfli bağlamaq məcburiyyətində qalıb.
Yaralılardan azı altısının vəziyyətinin ağır olduğu bildirilir.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man