Yol Polisindən “Ekologiya postu”nun sökülməsi ilə bağlı AÇIQLAMA

İctimai nəqliyyat 17 Fevral 2020 | 13:40
OXUNUB: 1052

Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) Ekoloji Nəzarət üzrə Yol-patrul Xidməti Bölüyünə məxsus binanın sökülməsi ilə bağlı məsələyə münasibət bildirib.

Avtosfer.az-ın məlumatına görə BDYPİ-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Oxu.Az-a açıqlamasında deyib ki, Bakı-Sumqayıt yolunda aparılan genişləndirmə işləri ilə əlaqədar olaraq “Ekologiya postu”nun yeri dəyişdiriləcək:

“Postun bir hissəsi yolun təmir olunan hissəsinə düşdüyü üçün “Ekologiya postu”nun yerinin dəyişdirilməsi nəzərdə tutulur. Yeni postun dəqiq nə vaxt və nə qədər kənara çəkilməsi barədə tam məlumatım yoxdur”.

“Yeni “Ekologiya postu” daha müasir şəkildə inşa ediləcək və təzə avadanlıqlar quraşdırılacaq. Burada işlər mərhələli şəkildə aparılacaq. Yeni postun bir hissəsi tikilən zaman digər postdakı avadanlıqlar oraya köçürüləcək. Daha sonra isə köhnə “Ekologiya postu” söküləcək”, -deyə K.Əliyev bildirib.

Gültən

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man