Konqoda baş verən yol qəzasında 15 nəfər öldü

Yol qəzaları 17 Fevral 2020 | 09:15
OXUNUB: 898

Konqonun paytaxtı Kinşasa şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı on beş nəfər ölüb, azı 40 nəfər yaralanıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “Okapi” radiosu ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Qəza bazar günü Kinşasa Universitetinin yaxınlığında baş verib. Belə ki, daşla yüklənmiş yük maşınının sürücüsü idarəetməni itirərək digər avtomobillərə və motosikletlərə çırpılıb. Daha sonra bir neçə piyadanın üzərindən keçib.

Səhiyyə naziri Eteni Lonqondo bildirib ki, qəzada dünyasını dəyişən 14 nəfərin meyiti Kinşasa universitetinin “Klinikalar Mərkəzi”nin morquna yerləşdirilib. O, tibb mərkəzinə gəldiyini və burada təxminən qəzada xəsarət alan 40 nəfərlə görüşdüyünü bildirib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man