Abşeronda yol polisi körpəni belə xilas etdi - VİDEO

İctimai nəqliyyat 15 Fevral 2020 | 21:00
OXUNUB: 2451

Vətəndaş Elçin Məmmədov axşam saatlarında körpəsinin qəfil halı pisləşdiyindən onu təcili xəstəxanaya aparmalı olub. Avtosfer.az xəbər verir ki, Masazır yolunda olan tıxac körpənin həyat təhlükəsini artırıb. Fevralın 13 də saat 19 radələrində peşə xidmətini yerinə yetirərkən Abşeron rayon Dövlət Yol Polisi Şöbəsinin 99-YP-171 dövlət nömrə nişanlı avtomobilini idarə edən inspektoru yolda olan tıxacı açaraq, az yaşlı körpənin vaxtında xəstəxanaya çatdırılmasını təşkil etməklə, onun həyatını xilas edib.

Yol Patrul Xidməti inspektorları uşağın olduğu maşını yol boyu müşayiət edərək tıxacdan çıxarıb, xəstəxanaya tez çatmasına şərait yaradıb.

Körpənin ailəsi peşə borcunu şərəflə yerinə yetirən Yol Patrul Xidməti inspektorları Mehman Zülfuqarov və Qurban Baxşıyevə öz minnətdarlıqlarını bildirirlər.

 

Gültən Qədirli

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man