Sərxoş qadın “BMW” ilə havada uçdu - FOTO + VİDEO

Nəqliyyat TV 15 Fevral 2020 | 10:30
OXUNUB: 2027

ABŞ-da qəza nəticəsində minik avtomobilinin havada uçma görüntüləri təhlükəsizlik kameralarına düşüb. Avtosfer.az xəbər verir ki, insident Kaliforniya ştatında qeydə alınıb. Bu barədə “Daily Mail” portalı məlumata yayıb.

Kadrlarda, yüksək sürətlə “BMW”nin hərəkətdə olduğu və yolların kəsişməsindəki dairənin daşlarına dəyərək havalandığı görülür.

Bildirilir ki, Marisela Ovallenin avtomobili yerə enərkən digər nəqliyyat vasitələrinə də ziyan vurub. Nəticədə qadın sürücü salonu sərbəst şəkildə tərk edib.

Şahidin sözlərinə görə, 27 yaşlı qadın içkili olub və hətta o, nə baş verdiyinin fərqində belə olmayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, araşdırmalara başlanılıb. 

 

Namiq Musayev

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man