Rusiyanın Yamal-Nenets muxtar dairəsində “Mİ-8” vertolyotunun sərt enişi etməsi nəticəsində iki pilot dünyasını dəyişib, daha 8-i isə xəsarət alıb. Avtosfer.az xəbər verir ki, insident bu gün Sabetta qəsəbəsindən 7 kilometr aralıda qeydə alınıb. Bu barədə Ural Nəqliyyat Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, göyərtəsində 7 sərnişinin və 3 ekipaj üzvünün olduğu “Skol” aviaşirkətinə məxsus Mi-8 tipli vertolyot Qıdansk yarımadasından Sabetta qəsəbəsinə uçurmuş.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, bort fırtınaya düşüb, onun pərləri sınıb, maşın çox zədələnib və arxası üstə yatıb.
Həmçinin qeyd edilir ki, dünyasını dəyişən ekipaj üzvlərində biri komandir digəri isə bort mexanikidir. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Qəza ilə bağlı təhqiqatlara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man