Vilayət Eyvazovdan tapşırıq - Din xadimləri bu işlərə CƏLB EDİLƏCƏK

İctimai nəqliyyat 13 Fevral 2020 | 18:45
OXUNUB: 1264

Bu il narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, həmçinin sui-istifadəsi ilə əlaqədar mübarizəni gücləndirmək məqsədi ilə regionlarda mütəmadi keçiriləcək tədbirlərə din xadimləri cəlb ediləcək.

Avtosfer.az xəbər verir ki, bu, Daxili İşlər naziri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədr müavini Vilayət Eyvazovun təsdiqlədiyi “Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2020-ci il üçün İş Planı”nda əksini tapıb.
Sənədə əsasən, şəhər və rayon İcra hakimiyyətlərində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyalar, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi il ərzində mütəmadi olaraq narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, həmçinin sui-istifadəsi ilə əlaqədar mübarizəni gücləndirmək məqsədi ilə regionlarda müzakirələr aparılması, vətəndaş cəmiyyəti institutlarının iştirakının genişləndirilməsi, belə tədbirlərə din xadimlərinin cəlb edilməsini təmin etməlidir.

Gültən Qədirli

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man