Dünən Heydər Əliyev prospektində “Koroğlu “ metrostansiyasının yaxınlığında piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, Milli Gimnastika Arenasının yanında marşrutdan düşən piyada yeraltı keçiddən istifadə etməyərək yolu təhlükəli şəkildə əks istiqamətə keçməyə çalışıb. Bu zaman "Ford" markalı minik avtomobili tərəfindən vurulan piyada ağır kəllə-beyin travması alaraq yerindəcə dünyasını dəyişib. Hadisə təhlükəsizlik şəhər kamera qeydə alınıb.
Görüntülərdən məlum olur ki, yolu təhlükəli şəkildə keçir, avtomobillərinin hərəkətinə diqqət etmir, etinasız şəkildə hərəkəti yola çıxaraq davam etdirir. Bu zaman ona yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin qarşısına çıxmaqla özünü təhlükəyə atır. Bir neçə avtomobilin sürücüsü peşəkarlıq göstərərək onu vurmaqdan qaça bilsə də, sol zolaqdan sürətlə gələn nəqliyyat vasitələrin biri piyadanı vurur. Kadrlardan göründüyü kimi, sürücü əyləcdən istifadə etsə də hərəkət yüksək olduğundan avtomobili tam dayandıra bilmir və piyada güclü zərbə nəticəsində xəsarət alır və bir neçə metr aralıda yerə yıxılır.
Kadrlardan görünən ən dəhşətli görüntü isə qəzadan bir neçə saniyə sonra bir neçə gəncin elə həmin yerdən yolu keçməyə cəhd etməsidir.
Bu gün Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov və Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı həmin ərazidə olub hadisənin detallarını araşdırıblar. Görüntüdən aydın görünür ki, avtobus dayanacağı ilə piyada keçidi arasında 10 metr məsafə var və bu, qarşıya keçmək üçün cəmi 3 dəqiqə vaxt alır.
Orxan Əli
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man