Bakıda baş verən dəhşətli qəzanın görüntüləri yayımlanıb. Avtosfer.az xəbər verir ki, qəza zamanı “KamAz” markalı yük avtomobili altı nəqliyyat vasitəsini əzib. Belə ki, yük maşını işıqforun qırmızı işığında dayanan avtomobillərə çırpılıb. Nəticədə maşınlardan biri aşıb. Qəzada zərər görən nəqliyyat vasitələrindən biri sərnişin avtobusu olub.
Hadisə zamanı xəsarət alanlar olub.
Qeyd edək ki, hadisə xeyli müddət əvvəl baş verib. Ehtimal olunur ki, "Kamaz"ın sürücüsünün sükan arxasında diqqəti yayınıb və yüksək sürətlə hərəkətdə olduğu üçün idarəetməni itirərək qəza törədib.
Bakı şəhər DYP-nin bölmə rəisi polkovnik Vaqif Əsədov bildirir ki, son vaxtlar baş verən yol qəzalarında sürücü diqqətsizliyi halları xeyli artıb. DYP sürücüləri sükan arxasında son dərəcə diqqətli olmağa, diqqəti yayındıran hərəkət və söhbətlər etməməyə çağırıb.
Elmin
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man