Sürücülük vəsiqəsi almaq istəyənlərin biliyi belə yoxlanılır - VİDEO

İctimai nəqliyyat 11 Fevral 2020 | 20:32
OXUNUB: 1348

Sürücülük vəsiqəsi almaq istəyən şəxslərə imtahan üçün Sumqayıtda müvafiq şərait yaradılıb. Baş Dövlət Yol Polisi İdarəsinin Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsində imtahandan keçən şəxslər təcrübi meydançada öz bacarıqlarını yoxlayırlar. Meydançada isə istənilən markalı nəqliyyat vasitəsi var. Baş Dövlət Yol Polisi İdarəsinin Sumqayıt Regional Qeydiyyat-imtahan şöbəsinin təcrübi imtahanın qəbulu üçün xüsusi bağlı meydançası var. Meydançadakı avtomobillərdən sürücülük vəsiqəsi almaq üçün imtahandan keçmiş şəxslər istifadə edirlər. Daha doğrusu, onlar həmin nəqliyyat vasitələrini də idarə etməklə yol hərəkəti qaydalarından əyani olaraq imtahan verirlər. Gün boyu təxminən 15-20 nəfər bu avtomobillərdən istifadə edir. Avtomobili idarə etməklə imtahan verən şəxslərlə təlimatçılar arasında ünsiyyət olmur. Təcrübi imtahan verən şəxsin yol hərəkəti ilə bağlı bütün məlumatları avtomobildə olan kompüterdə görünür. Onun imtahanı keçib-keçmədiyi də elə kompüterdə yazılır.

Qeyd edək ki, sistem kompüterləşdirildiyindən avtomobildə təlimatçı oturmaya bilər. Amma imtahan verən sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə təlimatçılar heç bir müdaxilə etmədən sürücünün yanında əyləşirlər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man