Rusiyada yol qəzasında 2 nəfər ölüb, 38 nəfər yaralanıb

Yol qəzaları 10 Fevral 2020 | 08:45
OXUNUB: 661

Rusiyanın Kuzbas bölgəsində sərnişin avtobusu ilə yük maşını toqquşub.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Kemerovo-Anjero-Sudjensk yolunun 60-cı km-də baş verən hadisə nəticəsində 2 nəfər ölüb, 38 nəfər yaralanıb.

Regional Tibb Mərkəzindən bildirilib ki, yaralılardan 15 nəfəri xəstəxanaya yerləşdirilib. 

Sərnişinlərdən 23 nəfəri ambulator müalicəyə göndərilib. 

Həkimlərin dediyinə görə, xəsarət alanlardan birinin vəziyyəti ağırdır, o, Kemerovo xəstəxanasına aparılıb. 9 nəfərin orta dərəcəli xəsarət aldığı bildirilir.

İlkin məlumatlara görə, yük maşınının sürücüsü idarəetməni itirib, qarşıdakı zolağa çıxaraq sərnişin avtobusuna çırpılıb. Avtobusda 51 nəfər olub. Yük maşını sürücüsü hadisə yerində,  sərnişinlərdən biri isə xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi açılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man