Şəki-Zaqatala yolunda yağan güclü qarın təmizlənməsi üçün yol polisinin şəxsi heyəti səfərbər olub. Avtosfer.az xəbər verir ki, adıçəkilən yolda nəqliyyat vasitələrinin rahat hərəkət etməsi və təhlükəsizliyi təmin etmək üçün yolun asfalt hissəsi qardan təmizlənib.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovniki Kamran Əliyev Avtosfer.az-a bildirib ki, yol polisi əməkdaşları aidiyyəti qurumlarla birgə yolların təmizlənməsi işini təşkil edib və səhər saatlarında yolda qalmış sürücülərə köməklik göstəriblər. Hazırda bu işlər davam etdirilir.
Kamran Əliyev bir daha sürücülərə tövsiyə edib ki, bu günlərdə havaların qarlı-buzlu keçməsi ilə əlaqədar mövsümi qış şinləri ilə təchiz edilməyən nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etsinlər.
Təbriz
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man