Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.
Belə ki, 1971-ci il təvəllüdlü Cəmalə Gülağa qızı Abbasova yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı xəstəxanaya yerləşdirilib və ona başın əzilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man