Yol polisi qarlı-buzlu yolların siyahısını açıqladı - TƏHLÜKƏ VAR

İctimai nəqliyyat 09 Fevral 2020 | 15:00
OXUNUB: 1829

Baş Dövlət Yol Polis İdarəsi respublika ərazisində hökm sürən hava şəraiti ilə bağlı çətinlik yaranan yolların siyahısını açıqlayıb. BDYPİ-nin şöbə rəisi polkovnik Kamran Əliyev Avtosfer.az-a bildirib ki, hazırda Bakı-Quba, Bakı-Şamaxı, eləcə də Bakı-Qazax yolunda hərəkət bərpa edilib və avtomobillərin hərəkəti normaldır. Bu yollarda nəqliyyat vasitələri normal şəkildə hərəkət edir. Lakin Kamran Əliyev əlavə edib ki, Şamaxı, Ağsu, İsmayıllı və Şəki rayonlarının ərazisində güclü qar yağır və hətta vəziyyət o yerə çatıb ki, texnika yolu təmizləyib geri qayıdanda  yenidən yolun qarla örtüdüyü halları müşahidə edilir. Bu baxımdan Baş Dövlət Yol Polis İdarəsi sürücülərə tövsiyə edir ki, qış təkərləri olmayan və texniki cəhətdən nasaz olan nəqliyyat vasitələri ilə yola çıxmasınlar.

Kamran Əliyevin sözlərinə görə, bu cür nəqliyyat vasitələri DYP-nin stasionar postlarında saxlanılır və yol polisi həmin sürücülərə bu cür təhlükəli yollarda hərəkət etməyə icazə vermir. Bununla yanaşı Kamran Əliyev deyib ki, avtomobili saz vəziyyətdə, təkərləri qaydasında  olan sürücülər arasında da təcrübəsinə güvənməyən və ehtiyat edən sürücülər olarsa onlar yol polisinin postlarında avtomobilini saxlayıb yolda hərəkətini bərpa edilməsini gözləyə bilərlər. Yaxud biraz istirahət edib geri qayıda bilərlər: "Ümumiyyətlə biz hesab edirik ki, uzun illərin sürücüləri olsalar da, bəzən təcrübəsi az olan, qarlı havada, buzlu yollarda avtomobillə hərəkət etməyən insanlar olur. Onlar belə hava şəraitində həyəcan keçirirlər və avtomobili normal idarə edə bilmirlər. Onlara tövsiyəmiz odur ki, belə havalarda yola çıxmasınlar. Yaxud, hər hansı problemlə üzləşəndə yol polisi postuna müraciət etsinlər".

Gültən Qədirli

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man