Rusiyanın İrkutsk əyalətində TIR və minik avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident fevralın 9-da səhər saatlarında P-255 “Sibir” avtomagistralının Subbotino kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Bunu DİN-nin Regional üzrə Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, “Scania” markalı yük maşını ilə “Toyota Camry” markalı nəqliyyat vasitələri toqquşub. Zərbənin şiddətindən “Toyota” deformasiyaya uğrayıb.
Nəticədə minik avtomobilinin sürücüsü və iki sərnişini hadisə yerində vəfat ediblər. Yük maşının sürücüsünün səhhəti barədə məlumat verilmir.
Qəza yerinə hüquq mühafizə və xilasetmə xidmətinin əməkdaşları cəlb edilib.
Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man