Türkiyədə turist avtobusu aşdı: 43 nəfər xəsarət alıb - FOTO

Yol qəzaları 08 Fevral 2020 | 18:58
OXUNUB: 1068

Türkiyənin Kayseri vilayətində turist avtobusu qəzaya uğrayıb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident fevralın 8-də yerli saatla 12:00 radələrində Dəvəli rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, Adanadan həftə sonu xizək sürmək üçün Erciyes Xizək Mərkəzinə gedən insanları daşıyan, 30 yaşlı Həsən Tunanın idarə etdiyi 01 FBY 98 qeydiyyat nömrə nişanlı avtobus, yolun qarlı və sürüşkən olması səbəbindən sürücünün idarəetməsindən çıxaraq aşıb.

Qəza nəticəsində sürücü ilə birlikdə 43 nəfər xəsarət alıb. Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla rayonda yerləşənə xəstəxanalara çatdırılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man