Şəmkirdə yol polisi şagirdlərlə izdihamlı görüşlər keçirdi - FOTO

İctimai nəqliyyat 07 Fevral 2020 | 17:23
OXUNUB: 1384

Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis mayoru Fəqan İsmayılov və bölmənin əməkdaşları orta məktəblərdə şagirdlərin yol hərəkəti qaydalarına dair biliklərini artırmaq üçün maarifləndirici görüşlər keçirib. Görüşlər Cahangir Rüstəmov və Fərman Salmanov adına orta məktəblərdə baş tutub. Yüzlərlə şagirdin qatıldığı tədbirlərdə çıxış edən DYP rəisi Fəqan İsmayılov bildirib ki, Azərbaycan Respublikanın Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş Yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramına uyğun olaraq orta məktəblərdə yol hərəkəti qaydalarının təbliği istiqamətində xeyli işlər görülür. DYP rəhbərliyinin təsdiqlədiyi Tədbirlər Planı çərçivəsində şagirdlər arasında maarifləndirici görüşlər keçirilir, onları maraqlandıran suallar cavablandırılır. Bütün bunlar isə uşaqların bu sahədə biliklərinin artmasına gətirib çıxarır. Nəticədə uşaqların yol qəzalarının qurbanına çevrilməsinin qarşısı alınır, hər il bu göstəricilər azalmaqdadır.

DYP rəisi görüş zamanı uşaqlarla söhbət edib, onların suallarını cavablandırıb. Bildirib ki, belə görüşlər mütəmadi olaraq keçiriləcək.

Görüşün sonunda uşaqlar arasında rəsm müsabiqəsi keçirilib. Şagirdlər yol hərəkəti qaydalarına dair düşüncələrini rəsmlə ifadə ediblər.

 

Elmin

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man