ABŞ-ın Alyaska ştatında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 5 nəfər dünyasını dəyişib. Avtosfer.az xəbər verir ki, insident ötən gün saat 13:50 radələrində Betel şəhəri ərazisində qeydə alınıb. Bu barədə yerli hüquq-mühafizə orqanları məlumat verib.
Məlumata görə, “Yute Air” aviaşirkətinə məxsus təyyarə Betel şəhərindən, ştatın qərb sahillərində yerləşən Kipnuk yaşayış məntəqəsinə uçurmuş. Göyərtədə pilot və 4 sərnişin olub.
Bildirilir ki, hava gəmisində olan 5 nəfərin hamısı vəfat edib.
Müvafiq qurumlar tərəfindən hadisənin təfərrüatları araşdırılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man