Kürdəmir rayonunda ağır yol qəzası baş verib.
Avtosfer.az "Report"un Yuxarı Şirvan bürosuna istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hələlik adı məlum olmayan sürücü "KİA" markalı avtomaşınla Gəncə istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomaşın yoldan çıxaraq yolun kənarındakı beton lovhəyə çırpılıb. Zərbənin təsirindən sürücü hadisə yerində keçinib. Avtomobildə sıxılıb qalmış ağır xəsarət alan sərnişin isə xilasedicilərin köməyilə avtomobildən çıxarılıb. Müxtəlif növ bədən xəsarəti alan sərnişin isə "təcili yardım" avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Fakt araşdırılır.
Gültən
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man