100 mindən çox “Audi” geri çağırılacaq

Nəqliyyat xəbərləri 07 Fevral 2020 | 11:30
OXUNUB: 919

Almaniyanın avtomobil istehsalçısı “Volkswagen” şirkəti ABŞ bazarına çıxardığı 107 min “Audi” markalı avtomobili geri çağıracaq.

Avtosfer.az-ın məlumatına görə bunu “Report” xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb həmin avtomobillərdə Yaponiyanın “Takata” şirkətinin istehsal etdiyi qüsurlu hava yastıqlarının quraşdırılmasıdır.

ABŞ-ın Milli Avtomobil Yolları Təhlükəsizliyi İdarəsi (NHTSA) bəyan edib ki, “Audi”nin 2000-2001-ci illərə aid “TT Roadster”, 2000-ci ilə aid “TT Coupe”, 1998-ci ilə aid “A8” və 1998-2000-ci illərə aid "A6” və “A8” modelləri geri çağırılacaq.

Xatırladaq ki, “Takata”nın hava yastıqlarından “Audi” ilə yanaşı, BMW, “Honda”, “Daimler Vans”, “Fiat Chrysler”, “Ferrari”, “Ford”, “General Motors”, “Mazda”, “Mitsubishi”, “Nissan”, “Subaru”, “Toyota” və “Volkswagen” kimi markalar da zərər görüb. Bununla da, dünya üzrə 19 avtomobil istehsalçısı 70 milyon nəqliyyat vasitəsini geri çağırmağa hazırlaşır. “Takata”nın 1995-2000-ci illərdə istehsal etdiyi qüsurlu hava yastıqlarının quraşdırıldığı avtomobillərin sayının isə bundan çox - təxminən 100 milyon olduğu təxmin edilir.

Gültən

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man