Bu günlərdə metronun Gənclik stansiyasında naməlum şəraitdə 307 manatını itirən Sevda Kərimova kömək üçün polisə üz tutub. Avtosfer.az xəbər verir ki, polis əməkdaşlarına müraciət edən şəhid ailəsini asayiş keşikçiləri tezliklə sevindirib. Belə ki, həmin stansiyada xidmət aparan polis kiçik serjantı Musa Sabirli təqribən saat 14:00 radələrində metronun girişində 307 manat tapması barədə Metropolitendə Polis Şöbəsinin rəhbərliyinə məlumat verib.
Elə həmin gün axşam saatlarında S.Kərimova rəhbərlik tərəfindən şöbəyə dəvət olunub və itirdiyi 307 manat ona qaytarılıb. Sevincini hər kəslə bölüşmək istəyən S.Kərimova asayiş keşikçilərinə təşəkkürünü ifadə edib.
Gültən Qədirli
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man