Bakının Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətində Avtosfer.az-a verilən məlumata görə, fevralın 5-də saat 21 radələrində Abşeron rayonunun 28 May qəsəbəsi ərazisində Müşfiqabad qəsəbə sakini C.Vəliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Süleyman Şadmanovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda vəfat edib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man