Qəbələdə maşın ağaca çırpılıb, 17 yaşlı sürücü ölüb

Yol qəzaları 06 Fevral 2020 | 11:10
OXUNUB: 616

Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az APA-ya istinadən məlumatına görə, hadisə ötən gün saat 21:45 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ rayonundan keçən ərazisində qeydə alınıb. Qəbələ rayon, Vəndam qəsəbə sakini, 2003-cü il təvəllüdlü Lətifli Ramin Asəf oğlu idarə etdiyi “Nissan Sunny” markalı avtomobillə İsmayıllı istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolun sağ kənarında olan ağaca çırpıb.

Nəticədə sürücü R. Lətifli aldığı xəsarətlərdən hadisə yerində ölüb, avtomobildə olan sərnişin, Qəbələ rayon Vəndam qəsəbə sakini, 2001-ci il təvəllüdlü Xəlilov Şəhriyar Mübariz oğlu müxtəlif bədən xəsarətləri ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man