Abşeronun Mehdiabad qəsəbəsində yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Ələsgərov Oruc İman oğlu motosikletlə hərəkətdə olan zaman “Hyundai” markalı nəqliyyat vasitəsi ona dəyib. Zərbənin gücündən motosiklet avtobusdan düşən 1971-ci il təvəllüdlü Əkbərova Arzu Tofiq qızını vurub. Qəza nəticəsində motosikletin sürücüsü O.Ələsgərov və piyada A.Əkbərova müxtəlif xəsarətlərlə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man