Zaqatalada avtomobilin velosipedçini vurmasının görüntüləri yayılıb. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gün baş verib. Qəza rayonun Əliabad qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1979-cu il təvəllüdlü Veysəl Oruc oğlu Balabəyov idarə etdiyi velosipedlə hərəkətdə olarkən “Mercedes” markalı minik avtomobili tərəfindən vurulub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan V. Balabəyov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
V. Balabəyovun vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man