Məlumata görə, təyyarədəki 171 sərnişin, 6 heyət üzvündən 21 nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
***
Yaralıların sayı artaraq 52 nəfərə çatıb.
***
Son məlumata görə, yaralıların sayı artaraq 120 nəfər olub. Onlardan 2-nin vəziyyəti ağırdır.
***
Türkiyənin Nəqliyyat, Dənizçilik və Rabitə naziri Mehmet Cahit Turhan təyyarədə 183 nəfərin olduğunu bildirib. Onlardan 177-si sərnişin, 6-sı heyət üzvüdür.
Türkiyədə “Pegasus” aviaşirkətinə məxsus “Boeing B737 800” tipli sərnişin təyyarəsi uçuş-eniş zolağından çıxaraq qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, insident bu gün İstanbul şəhərində yerləşən Sabiha Gökçen hava limanında baş verib. Bu barədə DHA-a agentliyi məlumat yayıb.
Məlumata görə, İzmir-İstanbul reysini həyata keçirən sərnişin təyyarəsi dəniz üzərindən aeroporta enişə keçdikdən sonra zolqda dayana bilməyib və sürüşərək uçuş-eniş zolağından çıxaraq parçalanıb. Daha sonra isə yanmağa başlayıb.
Bildirilir ki, hava gəmisinin göyərtəsində 171 sərnişin və 6 ekipaj üzvü olub. Bütün sərnişinlər təyyarədən təxliyə ediliblər. Nəticədə 52 nəfər xəsarət alıb. Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla xəstəxanalara çatdırılıblar.
Qeyd edilir ki, Sabiha Gökçen hava limanına gələn təyyarələrin hamısı İstanbulda yerləşən digər aeroportlara yönləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man