Daha bir amerikalı Həbibə meydan oxudu: “Necə olursa olsun...”

09 Oktyabr 2019 | 12:56
OXUNUB: 1695
 

UFC üzrə dünya çempionu – rusiyalı (dağıstanlı) Həbib Nurməhəmmədovun potensial rəqibləri sırasına daha bir idmançı qatılıb. 

Sfera.az  xəbər verir ki, Amerika Birləşmiş Ştatlarından olan Castin Qeyci Həbiblə döyüşmək istədiyini bildirib.

30 yaşlı amerikalı rusiyalı idmançının karyerasını başa vurmamış onunla qarşılaşmaq istədiyini vurğulayıb: "Həbib tez-tez açıqlamalarında çox döyüş keçirməyəcəyini söyləyib. Buna görə də o, karyerasını başa vurmamış onunla döyüşmək istərdim. Necə olursa olsun, onunla qarşılaşmağa nail olmalıyam”.

Qeyd edək ki, buna qədər 23 döyüş keçirən C. Qetji bu yarışların 21-də qələbəyə sevinib. H. Nurməhəmmədov isə 28 qarşılaşma keçirib ki, bunların hər birində də  qələbə qazanıb.

Xatırladaq ki, yüngül çəki dərəcəsində çempion olan Həbib son olaraq, Əbu-Dabidə UFC-242 çərçivəsində amerikalı Dastin Puarye ilə döyüşüb və qalib gəlib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man