Türkiyənin Ərzurum vilayətində sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident bu gün səhər saatlarında Ərzurum-Pazinler avtomagistralının Hamamdərəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, Xorasan rayonundan Ərzuruma sərnişin daşıyan R.T.-nin idarə etdiyi 25 BB 153 qeydiyyat nömrə nişanlı sərnişin avtobusu, yolun buzlu və sürüşkən olması səbəbindən idarəetmədən çıxaraq yol kənarına aşıb.
Nəticədə 1 nəfər ölüb, daha 20-si isə xəsarət alıb. Yaralılar, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Polis faktla bağlı araşdırmalara başlayıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man