Bakıda motosiklet qəzasında ölən şəxsin keçmiş yol polisi əməkdaşı olduğu məlum olub. Avtosfer.az apa-ya istinadən xəbər verir ki, fevralın 4-də saat 2 radələrində Səbail rayonu Neftçilər prospektində idarə etdiyi motosikletin ağaca çırpılması nəticəsində ölən Vüsal İsmayılov Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Müşayiət Bölüyünün keçmiş əməkdaşı olub. O, 2018-ci ildə işdə yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarından azad olunub.
Polis serjantı Vüsal İsmayılov bu gün dəfn edilib.
Qeyd edək ki, V.İsmayılovun qəza törətdiyi motosiklet şəxsi nəqliyyat vasitəsi olub.
***
Səbail rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza "Azneft" meydanının yaxınlığında qeydə alınıb. Yüksək sürətlə hərəkətdə olan motosiklet idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi əvvəlcə səkiyə, daha sonra yol kənarındakı ağaca çırpılıb. Hadisə zaman motosikletin sürücüsü ağır xəsarət alıb. Əraziyə təcili tibbi yardım briqadası və Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Sürücü xəstəxanaya yerləşdirilib.
Qəza ilə bağlı avtotexniki ekspertiza təyin edilib.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man