Vilayət Eyvazov iki polkovnikə yeni vəzifə verdi - TƏYİNAT

İctimai nəqliyyat 03 Fevral 2020 | 17:14
OXUNUB: 3704

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb. Əmrə əsasən, polis-polkovniki Sərdar Səfərov Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə təyinat alıb. 

Qeyd edək ki, daha əvvəl bu vəzifəni polis polkovniki Nurullah Məmmədxanlı yerinə yetirib. O, nazirin əmri ilə BŞBPİ-nin rəis müavini vəzifəsinə təyin edilib. S.Sərdarov isə BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumatı saytımıza təsdiq edib. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man