Şimali Kipr Türk Respublikasında qadını avtomobilin ön kapot hissəsinə oturdaraq yola çıxan sürücü cərimələnib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə ötən gün paytaxt Levkoşada baş verib. Məlumata görə, RM 702 qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü, yağışlı havada yan kresloda əyləşən qadını maşının ön kapotuna oturdaraq yolda hərəkət etməyə başlayıb.
Qadın, musiqinin səsini qaldıran sürücünü alqışlayaraq mahnını müşayiət edib.
Hadisənin fotosu sosial şəbəkədə yayımlandıqdan sonra polis hərəkətə keçib. Təhlükəsizlik kameralarına baxış keçirən polis, avtomobilin qeydiyyat nişanını müəyyən edərək sürücünü bölməyə çağırıb.
Hüquq mühafizəçiləri, RM 702 qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsünə 194 manat və 25 bal, kapota oturan qadına isə 97 manat cərimə protokolu yazıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man