Bu yaxta 325 milyon dollara satılır

07 Oktyabr 2019 | 15:14
OXUNUB: 1856
 

Microsoft-un qurucularından biri mərhum Paul Allenə məxsus olan, dünyanın tədqqiat təyinatlı ən böyük özəl yaxtası "Octopus” satışa çıxarılıb. Virtualaz.org bildirir ki, Forbes-in məlumatına görə, gəmi potensial alıcılara 325 milyon dollara təklif olunur.

Yaxtaya qoyulan məbləğ məsələn, rusiyalı milyarder Viktor Raşnikovun "Ocean Victory” adlı yaxtasının qiymətindən daha yuxarıdır. Bunla belə, digər rusiyalı oliqarxların gəmiləri- Andrey Melniçenkonun və ya Roman Abramoviçin, eləcə də Əlişir Usmanovun yaxtaları "Octopus” yaxtasından daha bahalıdır.. Bu yaxta təxminən 19 düyün sürətlə hərəkət edə bilər. Eyni zamanda "Lirssen” alman tərsanəsi tərəfindən istehsal edilib. Gəmi 2003-cü ildə təhvil verilib. Hər beş ildən bir texniki baxışdan keçir. Bu il isə yaxta texniki baxışdan keçməklə yanaşı həm də əsaslı təmir edilib.

"Octopus” yaxtası Paul Allen tərəfindən maliyyələşdirilərək tədqiqat ekspedisiyaları üçün tikilmişdi. Yaxta "Musashi” (Yaponiya) və "Indianapolis’ (ABŞ) gəmilərinin axtarışında iştirak edib. Bu gəmilər İkinci Dünya müharibəsi zamanı Sakit Okeanda batıb. Paul Allenin sərvəti 20,3 milyard dollar dəyərində qiymətləndirilib. O, ömrü boyu təqribən 2 milyard dolları xeyriyyəçilik məqsədi üçün xərcləyib. (virtualaz.org)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man