BMW bunun istehsalını dayandırdı

Nəqliyyat xəbərləri 02 Fevral 2020 | 10:00
OXUNUB: 1374

BMW xüsusi modellərindən biri olan 3 Series Gran Turismo hetçbekinin istehsalını dayandırıb.

Autocar nəşrinin bildirdiyinə görə, 2020-ci ildə BMW  3 Series sedan və universalının arasında qərarlaşmış 3 Series GT hetçbekinin istehsalına son verilib. Keçən ilin may ayında BMW şirkətinin o zamankı rəhbəri Harald Kryuger birinci rüb üçün maliyyə nəticələrini elan edərkən, Gran Turismo hetçbekinin 3 Series ailəsinin yeni nəsilində varisinin olmayacağını qeyd etmişdi. Bu qərarın səbəbi aşikardır: satış nəticələrinə görə BMW 3 Series GT hetçbeki ümidsiz şəkildə krossoverlərdən geridə qalırdı.

Avtosfer.az autograph.az-a istinadən bildirir ki, özündə sedan və universalın xüsusiyyətlərini cəmləşdirən Gran Turismo, hətta 3 Series üçün də xüsusi model olub. Üçüncü seriya GT hetçbekinin istehsalının sona çatması, 2021-ci ilə planlaşdırılan güc aqreqatlarının sayının ixtisara salınması ilə yanaşı, BMW tərəfindən  həyata keçirilən xərclərin azaldılması tədbirlərindən biri olacaqdır. Bu ixtisar, qısa müddətdə konsernə ən azından 12 milyard avro qənaət etməyə imkan verəcəkdir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man