İcarəyə götürdüyü avtomobili beton maneəyə çırpdı: xəsarət alan var - Bakıda

Yol qəzaları 02 Fevral 2020 | 08:35
OXUNUB: 731

Bu gecə Bakının Xətai rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə Fəhlə prospektində qeydə alınıb.

Belə ki, adı hələlik məlum olmayan şəxs icarəyə götürdüyü avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsini yolun kənarındakı beton maneəyə çırpıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin, 1993-cü təvəllüdlü Məmmədov Anar ağır xəsarət alıb. O, təcili tibbi yardımın köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin zədələnməsi diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan, reanimasiya şöbəsinə yerləşdirilib.

Məmmədov Anarın yaxınları bildirib ki, avtomobildə daha üç nəfər olub və onlar qəza baş verdikdən sonra hadisə yerindən qaçıblar.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man