Cəlilabad rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhərinin Məhəmməd Hadi küçəsində qeydə alınıb.
Belə ki, rayon sakini, 2011-ci il təvəllüdlü Əsədov Əbülfəz Faiq oğlunu "Jiquli" markalı minik avtomobili vurub. O, yaxınları tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona bud və çanaq sümüyünün sınığı diaqnozu qoyulub. Daha sonra müalicəsini davam etdirmək üçün Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına köçürülüb.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man