Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, polis general-mayoru Həsən Şirinov vəzifəsindən azad olunub. O, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə təqaüdə göndərilib.
Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib: "Bu münasibətlə nazir Vilayət Eyvazov Həsən Şirinovu qəbul edib".
Qeyd edək ki, bu il yanvarın 26-da H.Şirinovun 70 yaşı tamam olub. O, 1994-cü ildən 2010-cu ilə qədər Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsində işləyib.
Gültən Qədirli
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man