Yəhudi uşaq müsəlmanın ayağını öpür - Qalmaqal yaradan FOTO

04 Oktyabr 2019 | 21:17
OXUNUB: 2779
 

Sosial şəbəkələrdə yayılan video etiraz doğurub.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, görüntülərdə yəhudi əsilli yeniyetmənin zorla müsəlmanın ayağını öpməsi əks olunub.

Kadrlar Avstraliyada, Melburndakı məktəblərdən birinin yaxınlığında çəkilib. Adı mətbuata açıqlanmayan 12 yaşlı oğlan evə gedən kimi başına gələnləri anasına danışıb.

Uşaq anası ilə söhbət edərkən bildirib ki, əgər, oğlanın ayağını öpməsə, onu döyəcəklərmiş. O, bu hərəkətinə görə anasından və yəhudilərdən üzr istəyib.

"Ana, istəsən məni sevməyə, qəbul etməyə bilərsən. Başa düşürəm ki, düzgün hərəkət etməmişəm. Mən lazımsız biriyəm, yəhudilərin üz qarasıyam", - deyə uşaq anasına söyləyib.

Təzyiqlərə məruz qalan 12 yaşlı oğlanın anası mətbuata açıqlaması zamanı bildirib ki, Avstraliyada yaşayan yəhudilər əksər hallarda ələ salınıb, alçaldılırlar.

 

Qadın bildirib ki, olay məktəbdən kənarda baş verdiyinə görə, məktəb məsuliyyəti boynundan atıb.

 Sözügedən fotonu təqdim edirik:

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man