Türkiyədə zəncirvari yol qəzası baş verdi: 1 ölü, 20 yaralı - FOTO

Yol qəzaları 31 Yanvar 2020 | 12:10
OXUNUB: 740

Türkiyənin Bolu vilayətində 6 nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident yanvarın 31-də gecə saatlarında Yumruqaya kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Ankara istiqamətində hərəkətdə olan Məhməd Qorxmazın idarə etdiyi 63 FC 474 qeydiyyat nömrə nişanlı TIR, yolun qarlı və sürüşkən olması səbəbindən idarəetmədən çıxaraq sürüşüb, ardınca 3 sərnişin avtobusuna, bir minik avtomobilinə və sonda da bir başqa TIR-a çırpılıb.

Nəticədə qapısı açılıb yola düşən TIR sürücüsü Məhməd Qorxmaz çatdırıldığı xəstəxanada dünyasını dəyişib. Daha 20 nəfər isə xəsarət alıb. Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla ərazidə yerləşən xəstəxanalara aparılıblar.

Polis faktla bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man