Marşrut taksisi dirəyə çırpıldı: azı 11 ölü, 6 yaralı

Yol qəzaları 30 Yanvar 2020 | 19:33
OXUNUB: 1142

Pakistanda marşrut taksisinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə Pəncab vilayətində qeydə alınıb. Bu barədə yanvarın 30-da “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata görə, hərəkətdə olan və 17 nəfərin olduğu  marşrut taksisi, sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı dirəklə toqquşub. Zərbənin şiddətindən nəqliyyat vasitəsində yanğın başlayıb.

Nəticədə maşında sıxışaraq qalan azı 11 nəfər dünyasını dəyişib, daha 6-sı isə xəsarət alıb. Yaralılar arasında 2-si qadın, biri isə uşaqdır, onların hamısı xəstəxanaya yerləşdiriliblər.

Qəza, sürücünün diqqətsizliyindən və yaxud da texniki nasazlıq səbəbindən baş verə biləcəyi ehtimal edilir.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq Musayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man