Bu gün Ziya Bünyadov prospektində iki sərnişin avtobusunun iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, ilkin məlumata əsasən, qəzaya səbəb 3-cü mikrorayon dairəsi istiqamətində hərəkət edən 90 LF 973 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsünün qəfil əyləcə basması olub. Bu zaman minik avtomobilin arxası ilə hərəkətdə olan “İ-Qafqaz” şirkətinin müvəqqəti istismarında olan 211 nömrəli marşrut xətti üzrə hərəkət edən 10 TG 263 dövləq qeydiyyat nişanlı sərnişin avtobusu avtomobillə toqquşub. Eyni istiqamətdə hərəkətdə olan Xaliq Faiqoğlu şirkətinin müvəqqəti istismarında olan 85 nömrəli marşrut xətti üzrə hərəkət edən 99 JP 595 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu isə 211 nömrəli avtobusa dəyib. Qəza nəticəsində hər iki avtobusda olan sərnişlərdən bəziləri xəsarət alıb.
Fidan
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man