Rusiyanın Yekaterinburq əyalətində yük qatarının və minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident İva-Verxnyaya Salda Sverdlovsk Dəmir Yolunun Svobodnıy qəsəbəsi ərazisindən keçən avtomobil yolu keçidində qeydə alınıb. Bu barədə yanvarın 30-da Ural İstintaq İdarəsinin Mətbuat Xidməti məlumat verib.
Məlumata görə, 1991-ci il təvəllüdlü sürücü idarə etdiyi “Toyota Camry” markalı avtomobillə, qəsəbə istiqamətində hərəkətdə olan zaman, səs və işıq siqnalları ilə təchiz olunmuş tənzimlənən dəmir yol keçidində svetoforun qırmızı işığından keçib və eyni anda hərəkətdə olan yük qatarı ilə toqquşub. Zərbənin şiddətindən “Toyota” deformasiyaya uğrayıb.
Hadisə nəticəsində avtomobildə sərnişin qismində olan 9 yaşlı uşaq və 42 yaşlı qadın, bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.
Bildirilir ki, qəzada qatara və dəmir yol avadanlıqlarına ziyan dəyməyib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man