Qax-Şəki avtomobil yolunun Qax rayonundan keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.
Qəza zamanı mikrovtobusla VAZ2106 markalı minik maşını toqquşub.
Zərbənin təsirindən VAZ2106 daha sonra beton eletrik dirəyinə çırpılıb.
Qəza zamanı VAZ2106-nın sürücüsü Qax rayon sakini Namiq Hətəmov yerindəcə dünyasını dəyişib. Xoşbəxtlikdən mikroavtobusda olan səkkiz sərnişindən xəsarət alan olmayıb.
Beton dirəyin aşması nəticəsində Əmbərçay kəndinə elektrik verilməsi dayandırılıb.
Qeyd edək ki, mikroavtobus Balakəndən Bakıya sərnişin aparıb.
Qəza zamanı yolda qalan sərnişinlər hadisə yerinə çağırılmış digər mikroavtobusla bakıya yola salınıb. Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man